Zaman elə gətirib ki, informasiya texnologiyalarının dünyəvi inkişaf tempi ilə ayaqlaşmamaqdan başqa yol yoxdur... Bəs Azərbaycanda bu sektorun inkişafına nə qədər vəsait ayrılır və bu vəsaitlərin bölgüsü ədalətlidirmi?Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz bj və ya digər suallara belə cavab verir:
- Araşdırmalar göstərir ki, dövlət sektorunda İT üzrə satınalmaların illik dövriyyəsi 400-450 milyon manatdır. Bunun effektivliyi və səmərəliliyi bir başqa müzakirə mövzusudur. Hər halda görünən odur ki, müəyyən irəliləyişlər olsa da, problemlər daha çox gözə çarpır. Əsas görünən odur ki, bizim İT şirkətlərimiz dövlətdən hər il 0.5 milyard manat sifariş alırlar. Hazırda bu dövlət resursları uğrunda, oradan cüzi də olsa pay almaq uğrunda İT şirkətlər arasında amansız mübarizə gedir. Müşahidələr göstərir ki, rəqabətli mühitlə bağlı, ədalətli və şəffaf satınalma ilə bağlı, məhz bu sektorda vəziyyət, təəssüf ki, pisliyə doğru dəyişib. Əsasən hər bir mərkəzi icra qurumunun "doğma" İT şirkətləri, hətta şirkətlərinin "şirkətləri" formalaşıb. Həmin yarım milyardlıq büdcə vəsaitinə iddia edən ən böyük İT şirkətlərimizin ilk onluğunu təxminən aşağıdakı kimi formalaşdırmaq olar:
1. SİNAM
2. RİSK
3. CyberNet
4. BestComp
5. Caspel
6. Eurodesign
7. Unitech
8. Bakinity
9. SmartİT
10. ULTRA
İT şirkətlərimiz arasında çox az sayda qurum tapmaq olar ki, hesabatlıdır, ədalətlidir, separat sövdələşmələrlə kiçik İT şirkətləri tenderlərdən kənarlaşdırmır, əlavə dəyərlər formalaşdırır, ekosistemə də az da olsa dəstək verməyə çalışır.
Təəssüf ki, İT şirkətlərimizin böyük əksəriyyəti hələlik yalnız dövlət sifarişlərini gözləyir, tenderlər üzərində rahatca "oturur", sövdələşmələrlə tender udmağa üstünlük verir, əlavə dəyərlər yaratmağa diqqət yetirmirlər...
XXX 
Bəs vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün daha nələri etmək lazımdır? Suallar çox, cavabı isə hələki yox kimidir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN