Azərbaycan nümayəndə heyəti biznes-missiya çərçivəsində Rusiya Federasiyasının Saratov vilayətinə səfər edib.

TEZADLAR.AZ  xəbər veriri ki, Azərbaycan iqtisadiyyatı Teleqram kanalı bu barədə vilayətin rəsmi mətbuatı Saratovun İqtisadi İnkişaf Nazirliyinə istinadən yazıb.

Bildirilir ki, biznes-missiyanın məqsədi regional müəssisələrlə danışıqlar aparmaq və ixrac müqavilələri bağlamaqdır.
Nümayəndə heyətinin tərkibinə geniş çeşiddə malların topdan və pərakəndə satışı, baytarlıq preparatlarının və heyvanlar üçün məhsulların satışı, taxıl anbarı xidmətləri, hidroizolyasiya işləri və hidrotexniki qurğuların satışı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Vilayətin İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatasının nümayəndələri və Saratov şəhəri sahibkarlarının iştirakı ilə keçirilən rəsmi görüş çərçivəsində Azərbaycan sahibkarları ilə məhsulun respublika bazarına çıxarılmasında maraqlı olan Saratov şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb. Həmçinin, nümayəndə heyətinin səfər proqramı çərçivəsində regional şirkətlərin istehsalat sahələrinə səfərlər təşkil olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN