booked.netbooked.net booked.net  

"Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var." 

***

Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov paylaşım edib.

 O, diqqətə çatdırıb ki, son ayda banklardakı əmanətlərin həcmi nə az, nə çox, düz 141 milyon manat azalıb.

İqtisadçı vurğulayıb ki, buna “Muğan Bank”ın müflis olması təsir etsə də, eyni zamanda fevral ayından bəri depozit gəlirlərinin vergiyə cəlb edilməsi məsələsi də var.

  

“Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də belə də nəzərə alınmalıdıır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir.

Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi. Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır”, - deyə bildirib.

 

V.Bayramovun fikrincə, bankalrın əmanətlər cəlb etmə yolu kredit faizlərinin aşağı salınmasından və bu mənada, əmanət portfelinin dayanıqlı artırılmasından keçir.

İqtisadçı vətəndaşların evdə saxladığı pullarının depozitə çevrilərək gəlir əldə etmələri üçün növbəti ildən sistemli tədbirlər görülməsinin vacibliyini də vurğulayıb.

 

“Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.

Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”, - o, deyib.

Xatırladaq ki, yuxarıda adı çəkilən Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən, “MuğanBank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, artıq əmanətçilərə pullarını geri almaları barədə məlumat da verilib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA