Transmilli şirkətlər qrupuna daxil olan və məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan rezident müəssisə

tərəfindən vergi orqanına qanunla müəyyən edilmiş hesabatın vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilirmi?

TEZADLAR.AZ xəbər veriri ki, suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.9-cu maddəsinə əsasən, hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub. Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına uyğun olaraq, ölkələrarası hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim olunmamasına görə maliyyə sanksiyasının məbləği 500 manatdan 10.000 manatadək artırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN