Bakının Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində olan hissəsində artıq bir neçə gündür təmir işlərinin icrasına start verilib.

Təmir işləri 250 metrlik hissəni əhatə edir. Təmir işlərinin  sabah -19 dekabr saat 22:00-dək aparılması nəzərdə tutulur.  Tezadlar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadla bildirir ki, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri icra olunur. Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb. "Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", -deyə AAYDA-nın məlumatında bildirilir.

"Təzadlar"ın təmir gedən ərazidə olan əməkdaşının sözlərinə görə, yolun qeyd edilən hissəsində-"Gənclik" parkı ilə təmasda yol sərt döngəli olduğundan ən azı 5-6 metr məsafədə genişləndirilir. Bu isə gələcəkdə yolun sərt döngəli bu hissəsində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına imkan verəcək.

HAZIRDA ƏSASLI TƏMİR VƏ BƏRPA İŞLƏRİ DAVAM ETDİRİLİR.

ELBAR

aayda-8-2

aayda-8-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN