Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 O, qeyd edib ki, insanların bankda deyil, evlərində saxladıqları pulun həcmi  bir ay ərzində 137 milyon manat artıb, hansı ki, bu pullar banklarda olsaydı iqtisadiyyatın inkişafına yönəldilərdi.

 “Əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.

"Yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür”, -deyə  iqtisadçı-ekspert xatırladıb.

 Vüqar Bayramov xeyli həcmdə pulun banklarda deyil, yastıq altında saxlanmasının səbəbini insanların banklara olan inamının zəif olmasında görür.

Onun sözlərinə görə, insanların banklara olan inamını artırmaq üçün zəifləmiş bankların bağlanmasına yol verməməli, əksinə, onlar birləşdirilməli və gücləndirilməlidir.

 

“Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”, - deyə iqtisadçı bildirib.

Xatırladaq ki, son zamanlar banklardan "Muğan Bank" fəaliyyətini dayandırıb.

Beləki, "Muğan Bank" ASC-nin lisenziyası bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib.

Adıçəkilən bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə 1,3% təşkil edib.

1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı yerdə olub. Bankın aktivləri 647 milyon 971 min manata bərabər olub. Lakin aktivlərində azalma baş verən bankın 1 milyon 287 min manat zərəri qeydə alınmışdı.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN