Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təkcə Qarabağda deyil, eləcə də möhtəşəm layihələrinin icrası davam edir...

Bu dəfə belə bir layihələrdən biri Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolun əsaslı təmir olunmasıdır. Belə ki, Prezident İlham Əliyev bu yolun əsaslı təmirinə dair sərəncam imzalayıb. "Təzadlar" AAYDA-nın saytına istinadla bildirir ki, Sərəncama əsasən, 22 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğdən ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə isə avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

aayda-3

Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin  2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

*** 

Beləliklə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ölkəmizin bütün ərazisini əhatə edən layihələri müvəffəqiyyətlə icra edilməkdədir. Yol isə həyatdır. Yaşayış məntəqələrini bir-biri ilə bağlayan bu yollar şaxələnərək Qarabağa doğru uzanır, oradan da dünyaya bir uzantı yaradır. 

Yolumuz həmişə işıqlı və hamar olsun!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN