Gürcüstandan 2023-cü ilin ilk yanvar-noyabr ayları ərzində Azərbaycana 408,99 milyon ABŞ dolları dəyərində 21 211 ədəd avtomobil ixrac edilib.

Tezadlar.az Gürcüstan Gömrük Departamentinin hesabatına istinadla xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 138,66 milyon dollar və ya 51,2% artıb. Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 270,33 milyon dollar dəyərində 27 700 ədəd avtomobil ixrac edib. Statistikaya əsasən, bu il noyabradək Gürcüstan 1 milyard 946,94 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,5 dəfə çoxdur. Avtomobil bu il Gürcüstanın əsas ixrac məhsulu olub.

 Rəsmi hesabatlar təsdiq edir ki, ölkəmizə daşınan bu avtomobillərin 70-80 faizi Bakıda istismar edilir. Maraqlıdır, Bakıdakı istismarda olan yollarımız tıxaclarla zorlandığı bir vaxtda aidiyyəti dövlət qurumları niyə bu və ya digər məsələlərin optimal həllini nəzərə almırlar? Bakının tutumu niyə nəzərə alınmır?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN