Son 30 ildə Rusiya Azərbaycan iqtisadiyyatına 10 milyard dollara yaxın sərmayə yatırıb ki, bunun da 2,5 milyard dolları qeyri-neft-qaz sektoruna yönəldilib.

TEZADLAR.AZ xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

O, bu göstəricinin daha da artması üçün potensialın olduğunu qeyd edib. AZPROMO rəhbərinin sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 1300-ə yaxın şirkət fəal fəaliyyət göstərir. Rusiya Azərbaycanın qeyri-neft və qaz məhsullarının istehlakçıları arasında birinci yerdədir. Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycandan Rusiya Federasiyasına qeyri-neft və qaz məhsullarının ixracı təqribən 350 milyon ABŞ dolları təşkil edib. Rusiya Azərbaycan sahibkarları üçün ənənəvi bazardır və ölkələr arasında işgüzar əlaqələr getdikcə inkişaf edir. Bu ilin 4 ayı ərzində Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.

O, ölkələr arasında nəqliyyat və logistika əməkdaşlığına da toxunaraq, “Şimal-Cənub” dəhlizi ilə yük dövriyyəsinin 51 faiz artdığını vurğulayıb. “Hazırda Rusiya tərəfi sərhəddə imkanların genişləndirilməsi üzərində işləyir ki, bu da “Şimal-Cənub” marşrutu üzrə yük axınının artırılması baxımından çox vacibdir”, - Y.Abdullayev əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN