“Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay uzadılacaq. Qeyd edək ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmasını və kişilər ilə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.
Vüqar Bayramov qadınların  pensiya yaşının 63-də saxlanılmasını təklif etdiklərini vurğulayıb.
"Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan, daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var.
Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır", - deyə qeyd edib.
Deputat, həmçinin qdınların maaşlarının kişilərdən az olmasını nəzərə alaraq, pensiya kapitalını xüsusi əmsala vurularaq artırılmasını da təklif etdiklərini açıqlayıb.
"Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın.
Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı", - deyə izah edib.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir.

Ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN