2024-cü il üzrə hesabat dövrünü 100.000 manat mənfəətlə başa vuran dərman ləvazimatlarının satışı ilə məşğul olan müəssisə tərəfindən talessemiya xəstələrinin müalicəsi məqsədilə “Milli Talessimiya Mərkəzi”nə 20.000 manat nağdsız qaydada ianə edilib.

Qeyd olunan sosial ödənişlə bağlı müəssisəyə hər hansı vergi güzəşti tətbiq edilirmi?

TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş meyarlara cavab verən səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2024-cü il 1 yanvar tarixdən 5 il müddətinə mənfəət vergisindən azad edilib. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq olunur. Belə ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində edilmiş dəyişikliyə əsasən, güzəşt məbləği mənfəətin 10 faizindən 15 faizinə qədər qaldırılıb.

Eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 4-cü bəndində səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları müəyyən edilib. Buna əsasən, müəssisə tərəfindən sözügedən meyarlara cavab verən tibb müəssisəsinə 2024-cü il üzrə hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin ianə məqsədilə (100.000 x 15% = 15.000) köçürülməsi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN