Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ilin I yarımili ərzində müraciətlər üzrə 241 min manat vəsaitin sahibkarlar tərəfindən istehlakçılara qaytarılmasını təmin edib.

TEZADLAR.AZ Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, müraciətlər lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı olub.

Ötən ilin müvafiq dövründə sadalanan hallarla bağlı 221 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.

Bu tədbirlər istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində vətəndaş müraciətlərinin operativ həlli, istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN