Alman hakimiyyət orqanları əlavə sərhəd nəzarəti tətbiq etməklə Şengen razılaşmasını pozur.

Tezadlar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Polşadan olan üzvü Kosma Zlotovski deyib.

Avropa İttifaqının fəaliyyətinə dair Müqaviləyə toxunan Zlotovski qeyd edib ki, onun müddəaları avropalılara Aİ-yə üzv dövlətlərin ərazisində sərbəst hərəkət etməyə və yaşamağa imkan verir və beynəlxalq müqavilələrdə icazə verilən bu hüququn məhdudlaşdırılması imkanlarına baxmayaraq, dövlətlər tərəfindən görülən tədbirlər “ mütənasib olmalıdır”.

Bununla əlaqədar Avropa Parlamentinin deputatı Avropa Komissiyasına bir sıra suallar ünvanlayıb, xüsusən də onun fikrincə, Berlindən Avropa qanunvericiliyinə uyğun gəlməyən məhdudiyyətlərin iqtisadi nəticələrinin nə olacağını soruşub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA