Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsində fiziki şəxslər Tağıyev Mahir Balaəmi oğluna, Cəfərov Yavər Məmməd oğluna, Hüseynov Eldəniz Musa oğluna, Kərimov Etibar İsmayıl oğluna, Əhmədov Güloğlan Adışirin oğluna, Cəfərov Fərid İsmət oğluna; Binəqədi qəsəbəsi, 3-cü Mədən küç., 120-ci korpus, ev 5 ünvanında fiziki şəxs Təhməzov Elbrus Fazil oğluna; Binəqədi rayonu, “Gülüstan” yaşayış massivində fiziki şəxs Rəncbərli Bəxtiyar İxtiyar oğluna; Binəqədi qəsəbəsi, Orxan Cabbarov küçəsində fiziki şəxs Rüstəmov Abbas Ədalət oğluna; Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində fiziki şəxs İsayev Ramin Ələkbər oğluna; Binəqədi qəsəbəsi “DSK yolu” adlanan küçədə fiziki şəxs Cəfərov Zöhrab Saleh oğluna; Binəqədi qəsəbəsi 1-ci Mədən küç., 44-cü korpus ünvanında fiziki şəxs Əliaslanov Emil Siracəddin oğluna; Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad dairəvi yolunda fiziki şəxslər Quliyev Famil Mürsəl oğluna, Əhmədov İlkin Tahir oğluna; Binəqədi qəsəbəsi, 1-ci Mədən küç., 9-cu korpus ünvanında Məmmədov Munis Məcid oğluna; Binəqədi qəsəbəsi, yeni yaşayış massivində Əliyev Elnur Heydər oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yeri icra orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qeyd edək ki, bir çox qanunsuz heyvan kəsimi yerlərində satılan ətlərin baytarlıq sertifikatı olmur. Bəzi yerlərdə alıcıya təklif edilən ətin qiyməti də, real qiymətdən çox ucuz olur... Bu faktlar təkcə Bakı şəhərinə aid deyil. Belə satış yerləri bölgələrdə də çoxdur. Yolkənarı ət satışı yerlərində çox ucuz qiymətə təklif edilən qoyun əti, heç də satıcının insaflı olmasında deyil, ətin keyfiyyətindən asılıdır...

Qəssabların baytarlıq sertifikatı olmadan satdıqları bu heyvanların sağlamlığı, ətin keyfiyyəti barədə alıcı məlumatsız olur. Nəticədə mətbəximizə bəzən yaşlı, xəstə, hətta xəstəlikdən və yaxud hansısa səbəbdən ölmüş heyvanların ət məhsulu daxil ola bilir. Buna görə də bir çox insan güvəndikləri, yaxud onlara "leş" ətləri satmayacaq qəssablara üz tuturlar. Bu da istehlakçıların hamısı üçün keçərli deyil...  

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN