"Mərkəzi Bankın rəhbərliyinin yenilənməsi onu göstərir ki, hökumət bu sektorun inkişafı və yenilənməsi üçün maraqlıdır."

"Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

 Və hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi təqdimatları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

Bəs Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir və ondan nə kimi gözləntilər var?

Hazırda gündəmi zəbt edən mövzu ilə bağlı Multimedia Mərkəzinin Prezidenti, tanınmış ekspert Osman Gündüz bunları bildirib:

"Taleh Kazımovu xeyli vaxtdır tanıyıram. Bakalavr təhsili də "Avtomatlaşma və Kompüter mühəndisliyi" üzrə olub, nüfuzlu xarici təhsil müəssisələrinin proqramlarını bitirib.

Konfranslarda, ictimai müzakirələrdə innovativ təşəbbüsləri ilə yadımda qalıb. Rəhbərlik etdiyi "PAŞA Bank" da rəqəmsal və innovativ həllərdə öndə gedən olub.

Elə ötən gün məlumat verilib ki, "ASAN İmza" inhisarçılığına son qoyulmasında böyük ümid bəslədiyimiz "SİMA" rəqəmsal imzasını da ilk olaraq "PAŞA Bank" tətbiq edib.

Mərkəzi Bankın rəhbərliyinin yenilənməsi onu göstərir ki, hökumət bu sektorun inkişafı və yenilənməsi üçün maraqlıdır.

İnanıram ki, Taleh Kazımovun təyinatı maliyyə-bank sektorunda rəqəmsal transformasiyanı xeyli sürətləndirəvcək", -deyə Osman Gündüz bildirib.

Xatırladaq ki, Taleh Kazımov 1983-cü ildə Bakı şəhərində anadan olub.

Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Unuversitetiilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.

Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlayıb, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib.

Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə  "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsində. 2007-ci ilin yanvar ayından aprel ayınadək isə "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımovun “Paşa Bank”da da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.

Taleh Kazımov 7 dekabr 2011-ci ildən "Paşa Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov  "Paşa Bank"ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN