Qarabağımıza – işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışa hazırlıq işləri gedir.

Ermənistanın 30 il ərzində sərvətini taladığı, özünü yerlə-yeksan etdiyi  şəhər və kəndlərimiz işğaldan azad edilərək  quruculuq  işləri aparılır. Düşmən bu yerlərdə daşı-daş üstə qoymayıb. Təbiəti məhv edib, dağıdılmış şəhər və kəndlərimizin ərazisi cəngəlliyə çevrilib, keçmiş infrastrukturdan əsər-əlamət qalmayıb.

  İndi o torpaqlara can vermək, normal əkin-biçin işləri görmək üçün müasir tipli su kanallarına, nasoslara  ehtiyac var.

İşğaldan azad olunan rayonlardan biri də Füzulidir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı ASC  Füzuli rayonunda da əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər aparır. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların 68 km-i lildən təmizlənib, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Bu kanallardan biri də Qurultay kanalıdır ki, həmin kanalın 1000 metri ötən il betonlanıb. Suvarma üçün  balansda olan 54 ədəd nasos stansiyadan, 745 km olan suvarma arx və kanallardan istifadə olunur. İdarə rayon ərazisində 27200 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına​ xidmət edir. Bu sahələrdə hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.

Qeyd edilənlər, idarənin Füzulidə həyata keçirdiyi işlərdən yalnız kiçik bir nümunədir.

Xatırladaq ki, vaxtilə Füzuli rayonunun aşağıdakı  meliorasiya və su təsərrüfatı obyektləri də işğal altında qalıb:

Dostluq Seyidəhmədli nasos stansiyası

Mübariz DNU-120 Seyidəhmədli nasos stansiyası

Dostluq-SPN 50/80 Seyidəhmədli nasos stansiyası

 Köndələn Mirzəcamalı nasos stansiyası

Şəfəq Qərbənd nasos stansiyası

 Fizuli SPN 50/80 Köndələnçay nasos stansiyası

 Qırmızı oktyabr Fizuli nasos stansiyası

Telman Dövlətgarlı nasos stansiyası

Qozluçay, 1-ci pillə K/Horadiz nasos stansiyası

Qozluçay, 2-ci pillə K/Horadiz nasos stansiyası

 Qozluçay, 3-cü pillə Yal Pirəhmədli nasos stansiyası

Qozluçay, 4-cü pillə Pirəhmədli nasos stansiyası

 Araz-2, Yuxarı Kürdmahmudlu nasos stansiyası

Rusiya kənd Horadiz nasos stansiyası

Ukraniya, Yağlıvənd nasos stansiyası

 Köndələnçay, I Yağlıvənd nasos stansiyası

 Köndələnçay, II Fizuli nasos stansiyası

Köndələnçay, III Mirzəcamallı nasos stansiyası

Hidroqovşaq, Mirzəcamallı nasos stansiyası.

Xatırladaq ki, 1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri  tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN