Ukraynada başladılan müharibə səbəbindən bu il dünya ölkələrinin ərzaq qıtlığı ilə üzləşəcəyi, hətta aclıq təhlükəsi ilə üz-üzə qalacağı bildirilirdi.  

BMT Ukraynadakı əkin aparıla bilməyəck tarlaların sahəsini hesablayıb.

Və məlum olub ki, Ukraynada aparılan aktiv müharibə əməliyyatları, eləcə də tarlalarda qalan çoxlu sayda mina və digər hərbi sursatlar  səbəbindən kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu, bu il dənli bitkilər əkmək üçün yararlı olmayacaq.

 BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin yaydığı hesabatda qeyd edilir ki, kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu buğda, arpa, günəbaxan və qarğıdalı üçün istifadə olunmayacaq. Həmçinin vurğulanır ki, davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər, çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi.

Bəli, bu müharibə onsuz da ərzaq çatışmazlığının, aclığın hökm sürdüyü ölkələrin əhalisi üçün daha bir zərbə oldu. Halbuki belə ölkələrə qonşu inkişaf etmiş dövlətlər tərəfindən ardıcıl olaraq humanitar yardımlar edilirdi. Lakin baş verən müharibə bütün dünya iqtisadiyyatına ağır zərbə vurdu və vurmaqda da davam edir. İndi hər kəs öz başının çarəsinə qalmağı düşündüyü bir zamanda, belə ölkələrin vəziyyəti daha da acınacaqlı olacaq.

Azərbaycan da bəzi məhsullara görə idxaldan asılıdır.

Məsələn, ötən il ölkəmiz xaricdən 53 min 362 ton günəbaxan yağı idxal edib. İdxal edilən məhsulun 98 % -i Rusiyadan gətirilib. Cəmi 2%-i, dəqiq desək, 1067 tonu isə Türkiyədən idxal edilib. Hesablama nəticəsində belə aydın olur ki, Azərbaycan ötən il Rusiyadan 52 min 295 ton günəbaxan yağı ixrac edib.

 2021-ci ildə Azərbaycan Ukraynadan 470,024 mln. dollarlıq məhsul idxal edib.

Azərbaycanın Ukraynadan ən çox idxal etdiyi məhsullar emal olunmuş çəkməli tütün və ət olub.  Belə ki, ötən il bu ölkədən 65,284 mln. dollarlıq (110,982 mln. manat) 4 466,95 ton emal olunmuş çəkməli tütün və 42,275 mln. dollarlıq (71,867 mln. manat) 24 591,39 ət idxal edilib. Həmçinin Azərbaycana 602,91 min ABŞ dolları dəyərində də kartof idxal edilib.Taxıl idxalımızın isə 25%-dən çoxu Rusiyadan asılıdır və s.

Göründüyü kimi, müharibənin zərbəsi bütün qapıları silkələyir…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN