İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nazirliyə istinadən məlumata görə, hərracda ümumilikdə 50 sifariş qəbul edilib. Satılmış avtomobillər ABŞ istehsalıdır, 2013-cü ildə buraxılıb. Onların hesabına dövlət büdcəsinə 112 min manat ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/38cy0WA)

Qeyd edək ki, növbəti hərrac aprelin 26-da keçiriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN