Ukraynada başladığı “xüsusi əməliyyat” Rusiyaya baha başa gəlir…

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Rusiya Federasiyasının Ukraynadakı müharibə fonunda dünya iqtisadiyyatları arasında altıncı yeri itirəcəyini proqnozlaşdırırlar. Alıcılıq qabiliyyətinin pariteti baxımından İndoneziya onu ötəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun sənədlərində deyilir. BVF-nin proqnozlarına görə, 2024-cü ildə Rusiya ÜDM-nin  ümumdünya miqyasında payı 2,52%-ə qədər azalacaq, İndoneziyada isə 2,61%-ə qədər artacaq. Rusiya Federasiyasının ÜDM-nin bu il 8,5%, gələn il isə 2,3% azalacağı gözlənilir.

Rusiya Federasiyası üçün alıcılıq qabiliyyəti paritetinin ötən il 3,07% olmasına baxmayaraq, 2,72%-ə qədər azalacağı gözlənilir.

 Beləliklə, Moskva dünya reytinqində altıncı pilləni itirəcək.

Əlbəttə, bütün bunlar proqnozlardır. Lakin reallıq da bir çox ölkələrin iqtisadiyyatına yaxşı heç nə vəd etmir...  Ukraynada başladılan müharibə bütün dünya iqtisadiyyatına zərbə vurmuş oldu.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN