7 İLDİR Kİ, ÖLKƏMİZDƏ BU GÜN QEYD EDİLİR

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2016-cı il ildə verdiyi Sərəncamla hər ilin bu günü  “Sahibkarlar Günü” kimi qeyd olunur.  

Eə bu münasibətlə də aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə  iqtisadiyyat naziri Mikayıl Cabbarov cıxışı zamanı bildirib ki, 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə artıb.

İqtisadiyyatın bərpası və inkişafı üçün həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatı 2021-ci ili 5,6 faizlik artımla başa vurub.

Konfransda Əmək və əhalinin sosal müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev də çıxış ediblər  

Həmçinin sahibkarlar - Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Ümumilli Lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN