“Rosneft” 6,5 milyon ton nefti sata bilməyib.

Rusiyanın neft treyderi “Rosneft” tender zamanı rublla tam ödəniş tələb etdiyi üçün 6,5 milyon ton nefti sata bilməyib.

Bu barədə “Reuters” 5 treyderə istinadən yazır.

Məlumatda bildirilir ki,  tenderin uğursuzluğu Ukraynanı işğal etdiyinə görə Rusiyaya qarşı Qərbin sərt sanksiyaları səbəbindən Kremlin neft satışı ilə bağlı problemlərini ortaya qoyur.

“Ötən həftə “Rosneft” Putinin “Qazprom”a verdiyi tapşırıqların “izi ilə gedib” və neftin alınması üçün 100% qabaqcadan ödəniş, həmçinin ödənişin rubla çevrilməsini istəyib”.

Qeyd edilir ki, “Rosneft” in  6,5 milyon ton Urals, Siberian Light, Sokol və ESPO Blend neftinə bazar ertəsinə qədər heç bir təklif  gəlməyib.

Asiya ticarət firmasındakı mənbənin  agentliyə verdiyi məlumata görə, "Konkret şərtlər və qısa müddətlər fərdi danışıqlar tələb edir və təklif olunan həcmlərin bəziləri özəl müqavilələr əsasında satıla bilər.

“Rosneft”in tenderindən xəbəri olan digər mənbə bildirib ki, tenderin əsas məqsədi “bazarın rublla ödəniş tələb etməsini elan etmək” olub və buna nail olunub.

Xatırladaq ki, bir müddət öncə Rusiya Avropa İttifaqının və ABŞ-ın Ukraynaya hücum etdiyinə görə tətbiq etdkləri 5500-dən artıq sanksiyaya cavab olaraq Avropaya satdığı qazın pulunu rublla ödəməyi tələb edib. Bu tələbdən sonra Baltikyan ölkələr Rusiya qazından imtina edib və bəziləri də bu addımı atmağa hazırlaşır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa ölkələri Rusiya qazı üçün rublla ödəniş etməyəcək, çünki bu Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ziddir.

İndi isə “Rosneft”in eyni tələblə çıxış etməsi barədə xəbərlər yayılır.

Qeyd edək ki,  ötən il  Rusiya Federasiyası dünyanın 36 ölkəsinə xam neft ixrac edib ki, həmin satışdan da 110 milyard dollar gəlir götürüb. 

AB ölkələrinin istehlak etdiyi neftin 40 faizi isə Rusiyadan idxal edilir. Əsasən də Niderland, Almaniya, İtaliya Rusiya neftindən asılı ölkələrdir.

Görünür,  Rusiya yaxın zamanda əvvəlki həcmdə qaz və neft ixracını  bərpa etmək üçün ya tələbini dəyişməlidir, ya da..

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN