“Hüquqi şəxslərə ödənilən faizlərdən daha ödəmə mənbəyində vergi tutulmayacaq”.

Bunu mühasibatlıq üzrə ekspert Anar Bayramov Vergi Məcəlləsinə müzakirə edilən dəyişiklikləri şərh edərkən deyib.

Xatırladaq ki, Vergi Məcəlləsinin bəzi maddələrinə əlavə və dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib.

Ekspert bildirib ki, bu yenilik fiziki və hüquqi şəxslərin faiz gəlirləri ilə bağlı güzəşti nəzərdə tutur: “Belə ki, hazırda kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə kreditlər, depozitlər üzrə ödənilən faizlər istisna edilməklə, digər hallarda hüquqi şəxslərə kredit və depozitlər üzrə ödənilən fazilərdən ödənişi edən şəxsdən 10% dərəcə ilə ödəmə mənbəyində vergi tutulur”.

A.Bayramovun sözlərinə görə, Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən isə hüquqi şəxslərə kreditlər və depozitlər üzrə ödənilən bütün növ faizlərdən vergi tutulmayacaq: “Məsələn “A” Sığorta Şirkətinin “B” Bankında 100 000 manat məbləğində illik 12% dərəcəsi ilə depoziti vardır. Dövrün sonunda Bank “A” Sığorta şirkətinə 12 000 manat depozit üzrə faiz hesablayarkən cari vergi qanunvericiliyinə əsasən 1 200 manat ödəmə mənbəyində vergini tutub büdcəyə ödəyir, 10 800 manat xalis faiz gəlirini isə “A” Sığorta Şirkətinin hesabına köçürür.

Lakin qanun layihəsi qüvvəyə minərsə artıq yeni qanunvericiliyə əsasən bank 12 000 manat məbləğində faiz gəlirini tam olaraq “A” Sığorta Şirkətinin hesabına köçürəcəkdir”.

Ekspert hesab edir ki, bu qanun qüvvəyə minərsə, 1 yanvar 2022-ci il tarixdən edibarən tətbiq ediləcək: “Bu da o deməkdir ki, 2022-ci ilin 1-cü rübü üçün ödəmə mənbəyində vergiyə cəlb edilmiş faizlər üzrə büdcəyə ödənilmiş vergiləri, onu ödəyən şəxslər tərəfindən yenidən hesabat təqdim edərək büdcədən geri alacaqlar və faizlərin faktiki sahiblərinə geri qaytaracaqlar».

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN