Almaniya Rusiya neftindən asılılıqdan yaxa qurtarmaq üçün sayılı günlər qaldığını bildirib.

 Almaniyanın iqtisadiyyat naziri Robert Habek ölkəsinin Rusiya neftinin tədarükünü dayandırmağa hazır olduğunu bildirib.

“Bu gün embarqonun Almaniya üçün məqbul olduğunu deyə bilərəm”.

  “Evropeyskaya pravda”nın xəbərinə görə, Almaniyanın iqtisadiyyat naziri Robert Habek bu barədə Varşavada polşalı həmkarı Anna Moskva  (Moskva soyadıdır - red) ilə görüşdən sonra deyib.

Rusiya neftinin Almaniya bazarındakı payı cəmi 12 faizə yaxındır. Və bu pay yalnız Şvedte- Oderdəki neft emalı zavodunun təchizatı üçündür.

 "Burada biz alternativ axtarırıq. Bu alternativ yaxın bir neçə günün məsələsidir", - deyə Habek vurğulayıb.

 O, bu məsələnin bir neçə günə həll olunacağını güman edir.

Xatırladaq ki, bir müddət öncə Rusiya Avropa İttifaqının və ABŞ-ın Ukraynaya hücum etdiyinə görə tətbiq etdkləri 5500-dən artıq sanksiyaya cavab olaraq Avropaya satdığı qazın pulunu rublla ödəməyi tələb edib. Bu tələbdən sonra Baltikyan ölkələr Rusiya qazından imtina edib və bəziləri də bu addımı atmağa hazırlaşır.

Lakin dünən xəbər yayıldı ki, artıq Rusiyanın “Rosneft”  şirkəti də  “Qazprom”dan sonra tenderə çıxardığı neftin  alınması üçün 100% qabaqcadan ödəniş, həmçinin ödənişin rubla çevrilməsini istəyib (“Reuters”).

Qeyd edilirdi ki, “Rosneft” in  6,5 milyon ton Urals, Siberian Light, Sokol və ESPO Blend neftinə bazar ertəsinə qədər heç bir təklif  gəlməyib.

Və artıq Rusiya qazından və neftindən asılı olan Avropa ölkələri rublla ödəniş məsələsinə görə çətin duruma düşüblər.  Elə buna görə də alternativ enerji mənbələri axtarışındadılar .

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN