Yaz əkin mövsümündə əkilən və ekokönüllülər tərəfindən vətəndaşlara paylanılan ağacların bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi yay aylarında onlara göstərilən aqrotexniki qulluqdan asılıdır.
TEZADLAR.AZ xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib.

Mütəxəssisin sözlərinə görə, ağacların normal böyüməsi və inkişaf etməsi üçün yazın sonu və yay mövsümündə həftədə bir dəfə, səhər saatlarında, xüsusən də küləksiz günlərdə hər bir ağac tinginə təxminən 10 litr su verilməlidir.

V.Fərzəliyev onu da qeyd edib ki, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər ona vaxtaşırı qulluq olunmalı, torpağı qida elementləri ilə zənginləşdirmək üçün ona üzvü və mineral gübrələr verilməlidir.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN