Zığ gölü Bakı şəhərini əhatə edən ağır çirklənmiş 9 göldən biridir.

Elə buna görə də Prezident İlham Əliyev "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Zığ gölünün bərpası, mühafizəsi və ondan istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə Sərəncam imzalamışdı.

Və illər öncəsi “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov KİV-ə bildirmişdi ki, neft  və tullantılarla çirklənən gölün ətrafı tamamilə abadlaşdırılacaq və həmin ərazidə əyləncə mərkəzi, istirahət kompleksi yaradılması da gündəmə gələ bilər. O, həmin prosesin payızda bitəcəyini və daha sonra gölün suyunun təmizlənməsinə başlanılacağını açıqlamışdı.

Bu açıqlama 2018-ci ilin mart ayında verilib.

Amma görünən budur ki, bu gölün dərdi bitmir...

Belə ki, indi də Zığ gölünü Xəzər dənizi ilə birləşdirən təxliyə kanalı kimlərsə tərəfindən torpaqla doldurulub və  göl suyunun dənizə çıxışı tamamilə qapadılıb. Nəticədə ətraf ərazidə yaşayan sakinlər bu üfunətdə nəfəs ala bilmir və narazılıq başlanılıb.

Xatırladaq ki, hələ ötən il Zığ gölünün problemləri və bu problemi həll etməyənlərlə bağlı “Təzadlar” qəzetində “Zığ gölündə batırılan milyonlar” adlı iki hissəli araşdırma yazı da dərc edilib.

Qeyd edək ki, Zığ gölünün hazırkı vəziyyəti ilə bağlı ''Xəzər Xəbər'' araşdırma aparıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qəmbərov  bildirib ki, kanalın bağlanması bataqlıqların yaranmasına və antisanitar vəziyyətə səbəb olub.

Miraslam Qəmbərov da vurğulayıb ki, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ərazisinin abadlaşdırılması ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanıb: "Sərəncama uyğun olaraq 300 hektara yaxın ərazisi olan göldən istifadə və onun mühafizəsi ETSN-ə tapşırılıb. Təsdiqlənən baş plana uyğun olaraq nazirlik bu istiqamətdə işlərə başlasa da, hazırda həmin kanalın bağlanması onların işinə mane olur".

Həmin videosüjeti təqdim edirik:

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN