Gürcüstan son ildə əvvəlki illərlə müqayisədə dəfələrlə çox, hətta 600 faiz ölkəyə un idxal edib, lakin...

Ölkə əhalisinin il boyu 700 – 800 min ton arası buğdaya ehtiyacı  olsa da, onun cəmi 10%-i yerli istehsalın payına düşür. Qalan 90 % isə xaricdən idxal edilir.

"Gürcüstanda son bir ayda çörəyin qiyməti 10 tetri bahalaşıb".

Gürcüstan KİV-nin məlumatına görə,  bu barədə Gürcüstan Çörəkçilər Assosiasiyanın rəhbəri Malxaz Dolidze jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, çörəyin qiymətinin yenidən bahalaşmasına səbəb unun baha qiymətə idxal edilməsidir.

"Rusiyadan gətirilən 65-68 lariyə satılan un indi ən azı 75 lariyə satılır. Bazarda ondan ucuz birinci keyfiyyətli un yoxdur. Gürcüstan istehsalı olan una gəlincə, 80 laridən aşağı deyil. Bu səbəbdən bəzi istehsalçılar bir sıra çeşidlərdə qiymətləri artırıblar", - deyə M. Dolidze vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyada bəzi ərzaq məhsullarının qiyməti bahalaşıb və qıtlığı yaranıb.

Lakin ərzaq qiymətinin FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) indeksi mart ayındakı kəskin artımdan sonra aprel ayında 0,8 % azalıb.

Bununla yanaşı, cari ilin aprel ayında indeks ötən ilin müvafiq dövrünə nisbətən 29,8 % çox olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN