Rusiyanın Ukraynaya hücumu milyonlarla ukraynalının iş yerlərini itirməsinə, ev-eşiyindən didərgin düşməsinə səbəb oldu.

***

Əgər müharibədən əvvəl insanlar xaricdə pul qazanıb Ukraynaya pul göndərirdilərsə, indi ukraynalı ailələr pullarını əsasən Avropada xərcləyirlər.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, Kiyev iqtisadiyyat məktəbinin prezidenti Timofiy Mılovanov hesab edir ki, xaricə gedən ukraynalılar vətənə qayıdandan sonra milli valyutaya təzyiq azalacaq.

O, bu barədə xəbər telemarafonunda bildirib.

İqtisadçının sözlərinə görə, müharibə zamanı valyutaya təzyiq həmişə olur.

Qeyd edək ki, çərşənbə günü Kiyev banklarının valyutadəyişmə məntəqələrində nağd dolların satış məzənnəsi (saat 10:47)  mayın 31-i ilə müqayisədə 32,60 qəpik azalıb - 35,9824 UAH/USD-yə, alış məzənnəsi isə 45,15 qəpik azalıb - 34,7985 UAH/USD-ə qədər.

Bu barədə BIN.ua məlumat yayıb.

Ukrayna Milli Bankı mayın 21-dən nağd valyutanın satış məzənnəsinə qoyulan məhdudiyyəti də aradan qaldırıb.

 

Ali Radanın “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı, parlamentin maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniil Getmansev qeyd edib ki, qrivnanın devalvasiyası üçün heç bir maliyyə və iqtisadi əsas yoxdur.

Beləliklə, iqtisadçının sözlərinə görə, yaxın zamanda  qrivnanı devalvasiya gözləmir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN