...2020-ci ilin 44 günlük Zəfər müharibəsi doğma yurdundan 30 il ərzində uzaq düşmüş fermerlərin də bəxtinə yeni səhifələr yazmaqdadır. 

Amma vaxtilə Kəlbəcər və Laçın yaylaqlarında heyvan-qara üçün örüş yerləri olan fermerlər indi başqa bir problemlərlə üzləşiblər. "Təzadlar"a Ağdam və Şuşa rayonlarından olub digər bölgələrdə uzun illərdir məskunlaşmış fermerlərin (çobanların) göndərdikləri giley dolu məktub diqqətimizi çəkdi. Sitat: "Hörmətli redaksiya! Biz Ağdam və Şuşadan məcburi köçkünlər, Ucar rayonu ərazisində 30 ildən çoxdur məskunlaşmışıq. Allah min şükür, torpaqlarımız erməni daşnaklarından təmizləndi. Biz hər il qoyun və malımızı Daşkəsən yaylaqlarına aparardıq. Təbii ki, aidiyyəti adamlara pul verirdik. Artıq özümüzün Sovet vaxtı olmuş yaylaqlarımız da düşməndən azad edilib. Lakin bu il bizə dedilər ki, Kəlbəcər və Laçın yaylaqlarına getməyiniz üçün oranın sakini olmalısınız. Halbuki yaxşı xatırlayırıq, Sovet vaxtı bizim kolxozun Kəlbəcər və Laçın dağlarında yaylağı var idi. İndi hənmin ərazilərə necə gedək, bilmirik. Xahiş edirik, bizə məsləhət verəsiniz. Hörmətlə, Rəşid Məmmədov, Maarif Həsənov, Toğrul Məmmədov və başqaları".

"Təzadlar"dan: redaksiya məsələ ilə bağlı aidiyyəti üzrə Ağdam və Şuşa rayonlarının icra hakimiyyətlərinə elektron sorğu göndərdik. Tezliklə məsələni araşdırıb problemin hüquqi həlli yolu barədə məlumat yayımlayacağıq.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN