Azərbaycan AB-yə mavi qaz ixracatını ən çox artıran ölkədir.

Bunu deputat Vüqar Bayramov qeyd edib.

“Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib. Bütövlükdə, bu arada Azərbaycanın qaz ixracatı 27.0 faiz artıraq 9.4 milyard kub metrə çatdıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir” , -deyib.

Deputat vurğulayıb ki,  Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib.

 “"Qədim qitə" alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da,  hələlik və bəlli bir müddət "Qazprom" Avropada dominantlığını qoruyub saxlamağa çalışır. Bu ilin ilk 5 ayının nəticələri də göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir”, -  V.Bayramov qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığın vurğulamışdı.

"Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır", - deyə Bayden qeyd etmişdi.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN