....Nümunələr götürülərək laborator analizlər həyata keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)-nın davamlı olaraq apardığı nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb.

AQTA-dan bildirilib ki, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.

Və AQTA-nın apardığı araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd edilir ki, araşdırmalar davam etdirilir və ictimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcək.

***

 

Xatırladaq ki, AQTA bir neçə gün əvvəl mağazalarda ucuz qiymətə satılan, Belarusdan idxal edilən toyuqlarla da bağlı monitorinq keçirib və  monitorinq çərçivəsində müəyyən edilib ki, Belarus Respublikasından ölkəyə gətirilmiş sözügedən toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Buna baxmayaraq, ölkəyə idxal zamanı həmin məhsullar təhlükəsizlik göstəriciləri üzrə (Salmonella, quş qripi və koronavirus) müayinələrə cəlb edilmiş və sınaq nəticələri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib.

 Eyni zamanda açıqlanıb ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur.Göstərilənlərə əsasən, AQTA tərəfindən həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində monitorinqləri davam etdirir.

 

Ona görə də satış şəbəkələri, cavabdeh sahibkarlar alıcıların sağlamlığını nəzərə almalı, etibarı itirməməlidirlər, 

Çünki bir gün sizin də qapınız döyüləcək və əgər...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN