Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanın iqtisadi artımının 4,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Pin It

Rusiya prezidenti Vladimir Putin “Uralchem” şirkətinin rəhbəri Dmitri Mazepinin ammonyakın Ukrayna ərazisindən tranzitinin bərpası tələbinə qarşı olmadığını bildirib.

Pin It

Noyabrın 22-də ticarət zamanı Hollandiyanın TTF qovşağında qaz fyuçerslərinin qiyməti birjanın məlumatına görə, hər min kubmetr üçün 1280 dolları ötüb.

Pin It

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi tərəvəzin növləri üzrə məhsuldarlığın artdığını, həm respublikanın təmin ediləcəyini, həm də ixrac üçün imkanların olduğunu açıqlayıb.

Pin It

Gələn il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat ayrılması nəzərdə tutulub

***

“Azərbaycan Respublikasinin İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayidişa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır.

Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir.

Bu fikirləri millət vəkili Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır.

Millət vəkili vurğulayıb ki, 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurunun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır:

“2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.

Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir”, - deyə o, bildirib.

 Vüqar Bayramov ölkə prezidentinin və birinci xanımın işğaldan azad edilmiş ərazilərimizə sıx-sıx səfərlərinə, quruculuq işlərini nəzərdə saxlamalarına və bunun bərpa işlərinin daha sürətlə yerin yetirilməsinə təkan verdiyinə da diqqət çəkib:

 “Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır. Bu işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir.

Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 500 ailə köçürüləcək. Bu növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir”, - deyə qeyd edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN