2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub.

Pin It

 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları,

Pin It

Yük maşınları Gürcüstan vasitəsi ilə Rusiyaya, Azərbaycana, Xəzər dənizi ilə isə Özbəkistana, Qazaxıstana və s. digər ölkələrə getməlidir.

Pin It

Şamaxıda növbəti dəfə Qida Festivalı qeyd edilib. Yerli fermerlərin, sahibkarların, Avropa İttifaqının Bakı Nümayəndəliyinin, İttifaqa üzv dövlətlərinin səfirliklərinin, Azərbaycan Hökumətinin, Milli Məclisin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda kənd təsərrüfatı məhsullarının sərgisi təşkil olunub.

Pin It

Bu gündən Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün yeni meyarlar qüvvəyə minib. Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslərə yeni meyarlar şamil edilməyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bundan sonra əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq.

Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. 31 faizdən sonra göstərici hər mərhələdə 5 faiz olmaqla artırılacaq. "Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq", - deyə xəbərdə bildirilir.

Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik indiyə qədər olduğu kimi 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək.

Qeyd edək ki, 2020-ci ilin sonundan bu ilin ikinci rübünün əvvəlinə qədər olan dövrdə təkrar müayinə nəticəsində 200 minə yaxın insan müxtəlif dərəcəli əlillik qruplarından məhrum edilib.

Tibbi ekspert komissiyaları hesab edir ki, həmin şəxslərin əksəriyyəti sağlamdır və əlillik təyinatı subyektiv qiymətləndirmələrə əsasən verilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN