booked.netbooked.net booked.net  

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Ukraynada bioloji silahların yaradılmasında iştirakını araşdırmaq üçün təcili komissiyanın yaradılması ilə bağlı Rusiya Federasiyasının qətnaməsini rədd etmək qərarına gəlib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə RBC-Ukrayna WP-yə istinadən xəbər yayıb. Belə ki, Qətnamənin lehinə yalnız Rusiya Federasiyası və Çin səs verib. Birləşmiş Ştatlar, Britaniya və Fransa buna qarşı çıxıb. Həmçinin Təhlükəsizlik Şurasının digər on ölkəsi isə bitərəf qalıb. 
Tezadlar.az xatırladır ki, bu günlərdə Rusiya Ukraynada ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə “bioloji aktivliyin” baş verdiyini iddia edən 310 səhifəlik sənədi Təhlükəsizlik Şurasına təqdim edib. BMT Rusiyanın ittihamlarına baxmayaraq, Ukraynada “bioloji silah”a dair heç bir sübutun olmadığını bildirib. Hansı ki, bu ilin mart ayında BMT Təhlükəsizlik Şurası Rusiyanı Ukraynada “bioloji silahların” hazırlanması ilə bağlı yalan danışmaqda ittiham etmişdi.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN