"Tərtər işi" üzrə qalmaqal davam edir...

Tezadlar.az BBC-yə istinadla bildirir ki, 11 müttəhimin işi prokurorluğa qaytarılıb. Bu qərarı noyabrın 5-də Gəncə Hərbi Məhkəməsi qəbul edib. Bu barədə Turan-a vəkil Zabil Qəhrəmanov məlumat verib. Yaxın günlərdə bu işin 8 fiqurantı haqqında da belə qərar qəbul ediləcəyi gözlənilir. Sentyabrın 5-də baş prokuror Kamran Əliyev Ali Məhkəmənin Plenumuna "Tərtər işi" üzrə mühakimə edilmiş 19 şəxs (Ermənistanın xeyrinə casusluq ittihamı ilə mühakimə olunan) barəsində hökmə yenidən baxılması haqqında vəsatətlə müraciət edib.

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə 19 müttəhimin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edib.

* 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatında hərbiçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbiçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.

Xatırladırıq ki, bu cinayət işi ən yüksək səviyyədə nəzarətə götürülüb. Müəmmalara isə aşkarlanaraq təkrarən araşdırılır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN