...Dünya ölkələrində inqilablara və ələalmalara qrantlar ayıran Sorosun adı son günlər çox hallanır...

Görəsən nə baş verir? Qrantyemənin "Xaç Atası" olan Sorosun, deyəsən, bu dəfə fərqli sahədə fəaliyyəti üzə çıxır... Tanınmış QHT rəhbəri Sahib Məmmədov maraqlı bir məsələyə üz tutaraq özünün FB səhifəsində yazır: "...ABŞ NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (Əsasən QHT və media) 1 100 000 ABŞ Dollarından bir qədər artıq qrant ayırıb. Qrantlar bu istiqamətlərin maliyyələşməsinə yönəlib: -Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, Gənc Alimlərin Demokratiya Tədqiqatına cəlb edilməsi, Azərbaycanda Hüquqlardan sui-istifadə və Korrupsiyaya görə hesabatlılığın təşviqi, Yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, İnsan hüquqlarının monitorinqi, Yerli problemlərin həlli, Vətəndaş İştirakının və İcma İştirakının Gücləndirilməsi və s. Xülasədən görünür ki, əsas vəsaitlər yerlədə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin fəallaşdırlması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırlması kimi sahələri əhatə edir. Bununla belə bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn, dini təriqətlərinin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirlən layihələrdəndir...".
Bəs bu qrantları kimlər alıb və xərcləyib? Sahib Məmmədov bu siyahını hələki təqdim etməyib... Siyahı olarsa, zənnimizcə, bəzi suallara da cavab tapılmış olar... Çünki Azərbaycanda uzun illərdir bu mövzu müzakirə edilir və bəzi hallarda qalmaqallarla müşaiyət olunur...
A.Məmmədli
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN