Ermənistan İstintaq Komitəsi 24 yaşlı rusiyalı Yelena Sergeyevanı qətlə yetirməkdə ittiham olunan ABŞ vətəndaşını axtarışa verib.

Tezadlar.az “Rossiyskaya qazeta”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rusiyalı qadının itkin düşməsi barədə məlumatı iyunun 6-da anası verib. Onun sözlərinə görə, qızı tanıdığı kişi ilə görüşmək üçün iyunun 4-də Moskvadan İrəvana uçub və əlaqəni kəsib.

İyunun 15-də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Dilican-İrəvan avtomobil yolunun yaxınlığındakı meşədə hematomalı qızın meyitini aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, Sergeyeva hava limanını ABŞ vətəndaşı R.T-nin idarə etdiyi Gürcüstan nömrəli avtomobillə tərk edib.

"Müəyyən edilib ki, Sergeyevanın qətli, görünür, bu şəxs tərəfindən törədilib... və səbəb qısqanclıq və gərgin şəxsi münasibətlər olub", - İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Aydınlaşdırılıb ki, cinayətdən sonra amerikalı elə həmin gün Gürcüstana gedib, iyunun 5-də isə Türkiyəyə uçub.

"Məhkəmə R.T.-nin qiyabi həbsi ilə bağlı vəsatəti təmin etdi. O, axtarışa verilib", - Ermənistan İstintaq Komitəsi yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN