...Cinayətkarın Vətəni, yurdu... olmur... Onun niyyəti olur, özü də bədindən... Tezadlar.az Daxili İşlər Nazirliyinı istinadla bildirir ki, nazirlik  Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub. Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkar olunmuş ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
XXX 
Təbii ki, bu əməl cinayətdir. Çünki burda ictimai təhlükəli əməl törədilib. Amma belə hallara çox rast gəlirik ki, belə nadürüstlər inzibati cəza alırş sonra həmin əməli daha pis formada davam etdirirlər... Ən yaxşı cəza bu olar ki, itə verilməli bu ətdən bir qazan bozbaş bişirib həmin nadürüstə yedirdələr... Və bu səhnə TV-lərdə işıqlandırıla, göstərilə.  Ki, o bir də bu cür əmələ könül verməyə. 
A.Məmmədli
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN