Bu gün sabiq prezident Mixeil Saakaşvilinin Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə məhkəmə iclası baş tutub.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sabiq prezident məhkəmə iclasına onlayn qaydada qoşulub. Saakaşvili məhkəmə iclasında çıxış edərək, Gürcüstan və Ukraynaya xəyanət edənlərin ən sərt sanksiyalara məruz qalmalı olduğunu bildirib: “Mən demək istəyirəm ki, Ukrayna və Gürcüstana xəyanət edən hər kəs ən ağır sanksiyalarla cəzalandırılmalıdır. Mənim burada olmağım Putinin İvanişvili və onun yerli quldurları ilə birgə hazırladığı sui-qəsddir. Bu, Gürcüstan və Ukraynaya qarşı sui-qəsddir. “Qızılgül inqilabı” zamanı qorxmadım, 2008-ci il müharibəsində də qorxmadım, Gürcüstanı və gürcü dövlətçiliyini xilas etdim, hətta 2021-ci ildə Gürcüstan su altında qalanda da qorxmadım və Tbilisidə qaldım. İcazə verin, mən də debatda iştirak edim və xalq qərar versin ki, siz haqlısınız, yoxsa mən. İstəyirsinizsə, mənə dəmir “qolbaq” taxın ki, heç yerə qaça bilməyim. Hər kəsə demək istəyirəm ki, gələcəyimizi əlimizdən alırlar, uşaqlarımızı Gürcüstanda yaşamamağa məcbur edirlər. Ancaq bizim övladlarımız Gürcüstanda yaşayacaq. Mən bunu necə edəcəyimi bilirəm. Bunların sözündən belə çıxır ki, Avropa Parlamenti mənim azadlığımı tələb etdiyinə görə üzr istəməlidir. Mən parlamentin dırnağarası rəhbərinə səslənirəm, məni belə bir vəziyyətdə bura gətirdiyiniz üçün üzr istəməlisiniz. Gürcüstan dövlətinin qurucusunu bu vəziyyətə saldığınıza görə Avropa Parlamentinin deputatlarından, mənim ailəmdən, vətəndaşını bu vəziyyətə gətirdiyiniz üçün Ukrayna dövlətindən və bütün gürcülərdən üzr istəməlisiz. Papuaşvili, mənə yaxşı bax! Mən səni məğlub edəcəm, bunu bacaracam”.

Saakaşvilinin bu sərt çıxışı ölkə hakimiyyəti üçün narahatlıq doğurmaya bilməz. Bəzi müxalif liderlər özlərinin sosial media hesablarında bunu siyasi çağırış kimi qiymətləndiriblər...

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN