Volqoqrad vilayətinin Kamışin şəhərində bıçaqla silahlanmış cinayətkar iki yeniyetmə qıza hücum edərək onları zorlayıb.

Məlumata görə, cinayət hadisəsi Krasnodonskaya küçəsində baş verib.

Zərərçəkənlərdən birinin anası polisə müraciət edib.

“Qadın dedi ki, kişi bıçaqla hədələyərək qızını və rəfiqəsini zorlayıb”, - mənbə qeyd edib.

Cinayətkarın qurbanları yerli kolleclərdən birinin 15 yaşlı məktəblisi və 16 yaşlı birinci kurs tələbəsi olub.

Pedofil tez bir zamanda saxlanılıb. Məlum olub ki, 29 yaşlı cinayətkar əvvəllər də quldurluq və başqalarının əmlakına ziyan vurmaqda təqsirli bilinib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN