İnsan alverinə qarşı mübarizə həmişə aktual olaraq qalmaqdadır... 

“Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev "Təzadlar"a açıqlamasında bildirdi ki, birlik bu istiqamətdə lazımi profilaktik tədbirlərin keçirilməsində təşəbbüslərlə çıxış etməkdədir: "...Bu cinayətin xarakteri insan alveri qurbanlarının maariflənməsini tələb edir. Rəhbəri olduğum birlik QHT Agentliyinin maliyyə yardımı ilə bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki şəhər filialında “İnsan alverinə qarşı mübarizə  və ictimai təşəbbüslər”  mövzusunda geniş  seminar, müşavirə keçirmişdir. Tədbiri  ADPU-nun Şəki  filialının direktoru,  fizika riyaziyyat elmləri doktoru Rafik Rəsulov giriş sözü ilə açaraq  “İnsan alveri”–insanın əşya kimi alqı-satqısı ətrafında  iştirakçılara qısa məlumat vermiş, sonra sözü layihənin rəhbəri, “Polisə Dəstək ” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevə vermişdir. Ş.Əliyev Layihənin məqsədi barədə iştirakçılara lokanik məlumat vermiş, insan alverini doğuran səbəblər və onların aradan qaldırılması, insan alveri qurbanlarının reinteqrasiyası, habelə insan alveri cinayətlərini  XXI əsrin – müasir köləliyi  kimi diqqətə çatdıraraq bu cinayətlərin transmilli mütəşəkkil cinayətkarlığın  xüsusilə ağır növü olması istiqamətində tələbə və pedaqoji heyətə məlumat vermişdir. Sonra Layihənin eksperti, hüquqşunas Aydın Kərimov insan –alveri cinayətlərinə qarşı mübarizədə cəmiyyətin iştirakı və bu cinayətlərin bəşəriyyətə və bəşəri dəyərlərə zərəri ətrafında məlumat vermişdir. bütün bunlar onu deməyə əsas verir ki, insanların maariflənməsi qeyd olunan cinayətin baş verməməsinin qarşısının alınmasında vacib rol oynayır...".

semsed-3

Həmsöhbətimiz onu da qeyd etdi ki, Şəki şəhər Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektoru, polis mayoru Anar Xaliqov da insan alveri cinayətlərinin profilaktikası məqsədilə gənclər arasında geniş maarifləndirmə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. 

Bəli, təcrübə də göstəririr ki, insann alveri qurbanlarının böyük əksəriyyəti hüquqlarını və və gələcəkdə baş verəcək cinayətin məsuliyyətini bilməmələri səbəbindən bu faciə ilə üzləşirlər. Odur ki, maarifləndirmə orta məktəbdən başlamalıdır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN