Sərhədçilərimizin sayıqlığı daha bir sərhəd pozucusunun qanunsuz əməlinə imkan vermədi...

Belə ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a bildirilib ki, dünən noyabr ayının 22-də, saat 03:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat”  sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında belə bir əməlin qarşısı alınıb. Bu ərazidə yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN