Gəncədə döyülən şəxs xəstəxanada ölüb.

Belə ki, avqustun 27-də 1983-cü il təvəllüdlü Gəncə şəhər sakini Sahib Abdullayev komotoz vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, avqustun 29-da xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs avqustun 27-də Gəncə şəhərində 1998-ci iı təvəllüdlü Samux rayon sakini Elmar Əsgərovla əlbəyaxa dalaşıb, sonuncu onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komotoz vəziyyətə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN