Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev sosial şəbəkədə toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə məlumat verib və çağırış edib: “Dərhal polis əməkdaşları araşdırma apararaq həmin şəxsi aşkarlayıb. Daha sonra Məmmədağa Quliyev saxlanılıb”. “Məmmədağa Quliyevə izah olundu ki, belə hərəkətlər “Yol hərəkəti haqqında” qanunun tələblərinin təhrif edilmiş formada təbliğatıdır. Yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olan faktlardır. Belə hallar yolverilməzdir”, - V.Əsədov bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan M.Quliyev etdiyi əməlindən peşman olduğunu bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN