Göyçayda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xİdmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.

Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktla bağlı cinayət işiləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN