Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi

Mehdiabad polis bölməsinə şikayət edərək, tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

 Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həmin qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat məbləğində pul alan zaman bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman hədə-qorxu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkarlanaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək həmin hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Mehdiabad polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN