...Saakaşvilinin səhhətində yaranmış problemlər az qala dünya ölkələrinin müzakirə mövzusuna çevrilib...

"Eks-prezidentin Qori hərbi hospitalına köçürülməsi insidentsiz baş tutdu". Bu barədə sabiq prezident Mixeil Saakaşvilinin vəkili Nika Qvaramiya məlumat verib. O, deyib ki, baş tutan prosedurdan və yerləşdirmədən razıyıq: “Köçürmə proseduru tamamilə normal şəkildə, heç bir insident və həddi aşmadan baş tutdu. Bütün bunları qanuni yolla həll etmək bizim üçün vacib idi. Həyata keçirilən prosedurdan və yerləşdirmədən razıyıq. Sabahdan etibarən ziyarətçilərin rejimini müzakirə etməyə başlamalıyıq. Vəkillərin ziyarəti məhdudiyyətsizdir, lakin xəstənin hansı prosedurdan keçməsindən və onun hansı şəraitdə olmasından asılı olaraq bir müddət məhdudiyyətlər olacaq. Biz bunu sabahın sonuna kimi Ədliyyə Nazirliyi ilə əlaqə quraraq biləcəyik və Səhiyyə Nazirliyi artıq burada aparıcı qurumdur”, - deyə Nika Qvaramiya bildirib.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, ötən gecə Saakaşvili Qldani Cəzaçəkmə Müəssisəsinin tibb mərkəzindən Qori Hərbi Hospitalına köçürülüb. Həkimlər onun sağlamlığının bərpası üçün əlindən gələni edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN