Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.

 “Sputnik Armenia”yanın  məlumatına görə, bundan başqa, üçüncü prezident Serj Sarkisyanın mühafizəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryanın və ailəsinin əmlakına da həbs qoyulub.

Prokurorluq, həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızının, oğlunun, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəisinin, keçmiş spiker Qalust Saakyanın oğlu Arman Saakyanın, sabiq təbiəti mühafizə naziri Aram Arutyunyanın da əmlakının qanuniliyini araşdırır. 

 Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq keçmiş polis rəisi Vladimir Qasparyan və onun ailə üzvlərinin əmlakının müsadirə olunması tələbi ilə məhkəməyə müraciət etsə də, işin digər təfərrüatları açıqlanmayıb. Bundan əvvəl MTN-in keçmiş yüksək rütbəli məmuru Serob Arutyunyanın və onun qohumlarının da qanunsuz əmlakının müsadirə olunması barədə məlumat yayılmışdı.

Xatırladaq ki, vaxtilə erməni mətbuatının yaydığı məlumatlara görə, İrəvanda Ohanyan ailəsinin başqasının adına üç mərtəbəli villası vardı. İkinci həyat yoldaşı Ruzanna Xaçatryanın isə Parisdə klinikası, həmçinin evi də mövcuddur. Həmçinin Ohanyanın nazir olduğu zamanlarda Ruzannanın sərəncamında ərinə məxsus iki xüsusi nömrəli avtomobillərinin olduğu da bildirilirdi.

Ruzannanın sosial şəbəkələrdə bahalı geyimlərini nümayiş etdirməsi isə Ermənistanın kasıb vətəndaşlarını qıcıqlandırırdı...

Sabiq nazirin ikinci həyat yoldaşı ilə tanışlığı və eşq macərası isə dillərdə dastandır...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN