Bu barədə təşkilatın Cenevrədə yerləşən baş ofisindən yayılan press-relizdə bildirilib.

Sözügedən vəsaitin COVID-19 yoxlamalarının genişləndirilməsi, epidemioloji monitorinqin təkmilləşdirilməsi, xəstəxanaların oksigenlə, həmçinin lazımi qoruyucu vasitələrlə təminatı üçün xərclənəcəyi qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətini koronavirusa, xüsusilə də onun “Delta” ştammına qarşı mübarizə üçün 7,7 milyard dollar ayırmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə üçün bu qədər vəsait istəməsi başa düşüləndir.Virusa yoluxanların sayı durmadan artır, bir çox ölkələrin iqtisadi vəziyyəti isə vətəndaşlarının sağlamlığını lazımi şəkildə mühafizə etməyə imkan vermir. ÜST belə ölkələrə maddi yardım edir və bununla da pandemiyanın daha sürətlə yayılmasının bir növ qarşısını alır.

Amma bir şey təəccüblüdür ki, ÜST bu vəsaiti ictimaiyyətdən, yəni, səndən, məndən istəyir. O zaman sual olunur: trilyonlarla büdcəsi olan ölkələr niyə ÜST-ün bu çağırışına məhəl qoymur, qara qəpik də ayırmaq istəmirlər? Amerikanın,Almaniyanın,Yaponiyanın və s. ölkələrin səsləri niyə çıxmır? Bu ölkələrin trilyonları indi xəstəiyə tutulan insanların hesabına qazanılıb. Azərbaycanın büdcəsi bu ölkələrlə müqayisədə dənizdə damla kimidir.Amma biz qonşu dövlətlərə pul vəsaiti ilə olmasa da,vaksinlə kömək etmişik.İnsanlıq naminə, ümumbəşəri dəyərləri qorumaq naminə.

Ölkələrlə hər şey aydındır. Dünyada elə varlı insanlar var ki, heç nədən, insanları istismar etməklə, güya “yeni” texnologiyalar, nə bilim, modalar-zadlar yaratmaqla küllü miqdarda sərvət toplayıblar.Onların səsi niyə çıxmır? Əslində, bu adamları varlı adlandırmaq ifadəsi düzgün deyildir. O varın sahibi sadə insanlardır və o var insanlara çatmalıdır.

“Forbes” jurnalı hər il dünyanın ən varlı insanlarının siyahısını dərc edir. Gəlin birlikdə onlardan bir neçəsi ilə tanış olaq:

Siyahıya "Amazon"un qurucusu və rəhbəri Ceff Bezos başçılıq edir. Onun sərvəti 112,2 milyard dollardır. Ceff Bezos eyni zamanda "The Washington Post” qəzeti və "Blue Origin” aerokosmik kompaniyasının yaradıcısı və rəhbəridir.ÜST-nin çağrışına sıfır reaksiya.

 İkinci pilləni tutan "Louis Vuitton” brendinin rəhbəri Bernar Arnonun 107 milyard dollar sərvəti var.

 İlk "üçlüy"ü qapayan "Microsoft”un ortağı Bill Qeytsin sərvəti 106,9 milyard dollardır. Bu adam gah çiplərdən ,gah əhalinin sayının azaldılması yollarından danışır.Bütün pozalarında da insanlara sanki yuxarıdan aşağı baxır. Bill, sən kimin hesabına varlı olmusan? Yaratdığın o proqram insanların avam olduğu vaxta düşdüyündən milyardlar qazanıb yox, mənimsəmisən. O pullar sənin deyil, o,  insanların puludur.İndi də Allahmısan,yoxsa Peyğəmbər, düşmüsən ortalığa və insanların sayını azaltmaq lazımdır kimi absurd fikirlər irəli sürürsən.

 Yaxud,götürək elə "Facebook”un güya yaradıcısı Mark Zükerberqu-72,1 milyard dolları var, amma ÜST-ə maddi dəstək vermir. Eyni sözləri "Google” şirkətinin qurucularından Larri Peyc (58,8 milyard dollar) və “Tesla”nın rəhbəri İlon Mask barədə də demək olar.Sonuncu Aya,Marsa, nə bilim,cəhənnəmə peyk, turist göndərməyə hazırlaşır.Hər gün oxuyuruq ki, İlon Maskın gəliri neçə milyonsa,milyardsa artıb. Marsa turist göndərmək lazım deyil. Mars da,Ay da yerdəki insanlardır.

 İndi bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, koronavirus bəlası məhz bu cür insanların köməyi ilə yaradılıb. Hələlik isə,ÜST 7,7 milyard dollar sorağında…

Şakir QURBANOV 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN