Professor İlham Rəhimovun "Din və Cəza" adlı kitabı  İngiltərədə ingilis dilində çap edilib. 

   Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı İngiltərədə ingilis dilinə tərcümə edilib.

 Bu kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılıb. 

Kitab tələbələr, doktorontlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Din və cəza” kitabı Almaniyada alman  dilində çap olunmuşdur. Eyni zamanda, türk dilində də Türkiyədə çap prosesinə hazırlıq gedir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN