Latviyanın paytaxtı Riqanın mərkəzində koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlərə və məcburi peyvəndin vurulmasına qarşı etiraz aksiyası keçirilib.

TASS agentliyinin verdiyi xəbərə görə, aksiyada minlərlə insan iştirak edib.

Əvvəlcə etirazçılar Azadlıq kompleksi önünə gül dəstələri qoyub, sonra isə Prezident Sarayına üz tutublar.

Aksiyada "Məcburi peyvənd əleyhinə!", "Konstitusiya azadlıqlarının və seçim hüququnun müdafiəsindəyik!" və s. şüarlar səsləndirilib.

Polis nümayişçilərin parlamentə, eləcə də hökumət binasına yaxınlaşmalarına imkan verməyib.

Qeyd edək ki, Latviyada karantin qaydalarının pozulmasına görə 2 min avroya qədər cərimə nəzərdə tutulub.

Xatırladaq ki, məcburi peyvənd, məhdudiyyətlər əleyhinə etirazlar bir çox Avropa ölkələrində, ABŞ-da da baş verir. Fransada son günlər bu cür etirazlar demək olar ki, səngimək bilmir. Etiraz nümayəşinə minlərlə insan qoşulur. Polislərlə etirazçılar arasında qarşıdurmalar yaranıb. Əhali məcburi peyvənd olunmasının əleyhinədir. Avropa Birliyi 21 iyulda vaksinasiyanın məcburi olmadığı barədə qərar qəbul edib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN